Sizin reklam burada
Sizin reklam burada

Hıçqırıq nədir, nəyə görə yaranır, necə xilas olmalı?

Hıçqırıq nədir, nəyə görə yaranır, necə xilas olmalı?Bu üç sualın cavabı üçün yazını oxumaq lazımdır
Sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin birdən sıxılması nəticəsində baş verən ani nəfəs alınmasına hıçqırıq deyilir. Bu vaxt səs tellərinin olduğu qisim bağlanır və buradan keçən hava ani olaraq kəsilər. Və nəticədə səsli şəkildə hıçqırıq yaranır.

Hıçqırığın səbəbləri
Səbəbləri çox müxtəlifdir. Bununla birlikdə, çox yemək, həzmsizlik, acı, ədviyyatlı və isti yeməklər, spirtli içkilər, mədə qazı və sinir narahatlıqları ən tez-tez rast gəlinilən səbəblərdir. Həmçinin bəzi beyin, ürək, qaraciyər, bağırsaq xəstəlikləri ilə yanaşı sətəlcəmdə də müşahidə olunur. Buna görə də davamlı və uzun sürən hıçqırıqlar zamanı həkimə getmək lazımdır.

Hıçqırıq necə keçir?
Hıçqırığın qarşısını almaq üçün əvvəlcə yavaş yemək, acı və ədviyyatlı yeməklərdən, spirtli və qazlı içkilərdən uzaq durmaq lazımdır.

Bu tədbirlərə baxmayaraq, yaranan hıçqırığı kəsmək üçün bir çox üsul tətbiq olunur. Hıçqırığı kəsmək üçün tətbiq olunan üsullar əksəriyyətdə nəfəs alışına nəzarət və sinirlərlə əlaqədardır.

Hıçqırıq baş verdikdə bu üsulları təcrübədən keçirə bilərsiniz:

1. Şirin birş şey yemək sinirlərinizi aldadıb hıçqırığı dayandıra bilər. Bunun üçün bir çay qaşığı şəkəri və ya balı dilinizin dib qisiminə yerləşdirin.

2. Barmaqlarınızla qulaqlarınızı bağlayın. Bu, eşitmə sisteminə çatan vaqus sinirini oyatmağa kömək edir.

3. Birini qorxutduqda və ya biri sizi qorxutduqda vaqus sinirini çaşdıra bilərsiniz. Bu üsulu tətbiq edə bilmək üçün bir az aktyorluq qabiliyyətinizin də olması lazımdır.

4. Burnunuzu və ağızınızı bağlayaraq, dözə bildiyiniz qədər hava almadan dayanın.

5. Su udmaq (içmək yox, ağızı su ilə doldurub birdən udmaq), ya da suyla qarqara etmək sinirləri sakitləşdirə bilər.

6. Bir kağız torbanın içində nəfəs alın-verin. Burada da bədən kifayət qədər oksigen ala bilmədikdə (nəfəs verdikdə karbon qazı buraxdığımız üçün torbada oksigenin miqdarı azalır) hıçqırığı unudub daha əhəmiyyətli bir problemə fokuslanır.

7. Xüsusilə tərkibində maqnezium olan qidalar, sinirləri sakitləşdirərək hıçqırığın keçməsinə kömək ola bilər.

8. Qidıqlandıqda sinirlərinizin üstünə ciddi miqdarda yük düşəcək və hıçqırıq dayanacaq.

9. İsti bir şeylər içmək. Bu bütün metodlar içində ən etibarlı və sürətlisidir. Hıçqıraq başlayan kimi isti su, çay, süd və s. içsəniz, 10-15 saniyəyə yox olacaq.

  • Sosial şəbəkədə paylaş