Sizin reklam burada
Sizin reklam burada

"NATO koordinatorları Ukrayna və Gürcüstanı qəbul etmək istəmirdilər”

"NATO koordinatorları Ukrayna və Gürcüstanı qəbul etmək istəmirdilər”
Avropadan və Amerikadan istənilən səviyyəli siyasətçi bəyan edir ki, o, NATO-nun Rusiya ilə münaqişədə iştirakına imkan verməyəcək. Bu, 2008-ci ildə planlaşdırılıb, Gürcüstan və Ukraynanı ona görə saxladılar, NATO-ya qəbul etmədilər.
Bu sözləri Gürcü Arzusunun fəxri sədri Bidzina İvanişvili “İmedi” telekanalının efirində deyib.

“2008-ci ildə NATO-nun sammitində Ukrayna və Gürcüstan NATO-ya qəbul edilmədi və buna görə müxtəlif ölkələr günahlandırıldı, amma reallıq tamam başqadır: onların NATO-ya qəbulu heç də bir-iki ölkənin bloklamasına görə deyildi, əslində NATO koordinatorları Ukrayna və Gürcüstanı qəbul etmək istəmirdilər”, - o bildirib.

Onun sözlərinə görə, bu kontekstdə Qərb siyasətçilərinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı “canlı qüvvə ancaq ukraynalılardan ibarət olmalıdır” bəyanatları diqqətə alınmalıdır:

“Məhz buna görə də hər iki ölkəni, Gürcüstanı və Ukraynanı kənarda saxladılar. NATO-ya üzv olmaqdan imtinanın səbəbi bu idi. Bilirsiniz, bizim qonşuluqda çox ağır müharibə gedir; dost ölkəmiz Ukrayna çətin günlərdən keçir. 2008-ci ildə biz çox çətin dövrlər yaşayırdıq.

Bu gün Qərb siyasətçiləri tərəfindən çoxlu bəyanatlar verilir ki, onlar NATO-nun Rusiya ilə müharibəyə girməsinin qarşısını almaq üçün hər şeyi edirlər; deyirlər ki, Ukraynaya silah verəcəyik, pul verəcəyik, bütün imkanları verəcəyik, ancaq canlı qüvvə yalnız Ukraynadan olmalıdır. Bu, 2008-ci ildə planlaşdırılmışdı. Gürcüstan və Ukraynanı məhz buna görə kənarda saxladılar, NATO-ya qəbul etmədilər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ