
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Körfəz bölgəsində təhlükəsizlik sisteminin formalaşdırılması ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Lavrovun sözlərinə görə, regional sabitliyin təmin olunması üçün İranın Körfəz təhlükəsizlik sisteminə cəlb edilməsi vacibdir.
O, bu kontekstdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın təqdim etdiyi Məkkə müqaviləsinə diqqət çəkib.
Lavrov bildirib ki, anlaşma çərçivəsində digər dövlətlərin də prosesə qoşulması mümkündür. O, Misirin adının tez-tez çəkildiyini, Əlcəzairin də maraq göstərməsinin prosesə müsbət təsir edə biləcəyini qeyd edib.
Lavrov xüsusilə İranın bu struktura qoşulması üçün uyğun şərtlər üzərində razılıq əldə olunmasının vacibliyini vurğulayıb: “Əgər belə bir struktur İranın da bu prosesə qoşula biləcəyi şərtlər üzərində razılığa gələrsə, bu, əvvəlcə formalaşdırdığımız konsepsiya istiqamətində atılacaq ən praktik addım olar”.
Rusiyalı nazir Moskvanın prosesdə liderlik iddiasında olmadığını, regional aktorların təşəbbüslərini dəstəklədiyini qeyd edib.
Conflict.az
