Sizin reklam burada
Sizin reklam burada

Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarlabağlı təlim keçib

Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarlabağlı təlim keçib
Sərfəli mobil operator “Nar” DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə davamlı əməkdaşlıq çərçivəsində mərkəzin benefisiarları və “Könüllü DOST” proqramının iştirakçıları üçün “Rəqəmsal dünyanın mexanizmi: İnternet necə işləyir?” mövzusunda təlim təşkil edib. “Nar”ın baş icraçı direktoru Özgür Genc tərəfindən keçirilən təlimdə gənclər internetin necə işlədiyi və rəqəmsal texnologiyaların imkanları ilə daha yaxından tanış olublar.Təlimə ümumilikdə100-ə yaxın iştirakçı qatılıb.
Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarlabağlı təlim keçib
Təlim zamanı iştirakçılar cihazların şəbəkəyə necə qoşulduğu, məlumatların internet üzərindən necə ötürüldüyü və veb-səhifələrin ekranda necə açıldığı barədə məlumat əldə ediblər. Həmçinin internetin inkişafında mühüm rol oynayan texnoloji yeniliklər, veb və internet arasındakı fərq, DNS sisteminin və serverlərin funksiyası sadə və anlaşıqlı nümunələrlə izah olunub. İnteraktiv formatda keçirilən təlim iştirakçılara mövzu ətrafında düşünmək və müzakirələrə qoşulmaq imkanı yaradıb.
Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarlabağlı təlim keçib
Təlimdən əvvəl DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari “Nar”ın baş icraçı direktoru Özgür Genci və şirkətin nümayəndələrini mərkəzin fəaliyyəti ilə tanış edib. Görüş çərçivəsində qonaqlar təlim studiyalarında yaradılan şərait və burada həyata keçirilən fəaliyyətlərlə tanış olaraq tədris prosesini izləyiblər.
Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarlabağlı təlim keçib
“Nar” inklüzivliyi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edir və həssas qrupdan olan gənclərin rəqəmsal imkanlardan yararlanmasını vacib hesab edir. Şirkət həyata keçirdiyi təşəbbüslərlə rəqəmsal bilik və bacarıqların inkişafına, informasiya və texnologiyalara çıxış imkanlarının genişləndirilməsinə töhfə verir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq da həssas qruplardan olan uşaqların rəqəmsal dünyaya daha yaxından bələd olması, yeni biliklər qazanması və inkişaf imkanlarının genişlənməsinə dəstək məqsədi daşıyır.
Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarlabağlı təlim keçib
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarlabağlı təlim keçib
Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarlabağlı təlim keçib

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ