
ABŞ-nin İslandiyadakı səfiri Billi Lonq Donald Trampın sosial şəbəkə paylaşımı ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə RUV teleradioşirkəti məlumat yayıb. Bildirilib ki, Birləşmiş Ştatlar prezidenti İslandiya ərazisinin ABŞ bayrağının rənglərinə boyandığı bir xəritə paylaşıb. Nazirlikdən verilən açıqlamada, XİN rəhbəri və ABŞ səfiri arasındakı görüşdən sonra "Bu paylaşımın qətiyyən yolverilməz olduğunu diqqətə çatdırdıq" ifadələri yer alıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl də Qrenlandiya və İslandiyanın adlarını bir neçə dəfə səhv salıb. Bu hadisə Ağ Ev rəhbərinin Davosda keçirilən mətbuat konfransında etdiyi çıxış zamanı qeydə alınmışdı.
Tramp əvvəlcə Qrenlandiyanı qlobal sülhün qorunmasında mühüm rol oynaya biləcək "buz parçası" kimi xarakterizə edib. Daha sonra isə "İslandiyanın onsuz da onlara xeyli vəsait hesabına başa gəldiyini" vurğulayıb.
Conflict.az
