Sizin reklam burada
Sizin reklam burada

"Səfirliyin 10 əməkdaşı diplomat statusu ilə bir araya sığmayan fəaliyyətlərlə məşğul olub"

"Səfirliyin 10 əməkdaşı diplomat statusu ilə bir araya sığmayan fəaliyyətlərlə məşğul olub"
Rusiyaının Budapeştdəki səfirliyinin 10 əməkdaşı Macarıstandan çıxarılır.
Bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban məlumat verib.
Onun sözlərinə görə, Rusiya səfirliyinin 10 əməkdaşı Vyana Konvensiyası çərçivəsində diplomat statusu ilə bir araya sığmayan fəaliyyətlərlə məşğul olub:
“Buna görə də Macarıstan tərəfi bu şəxslərdən ölkəni tərk etmələrini xahiş edib. Bu qərar Macarıstanın təhlükəsizliyini və suverenliyini qorumağa xidmət edir. Bu, Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil. Macarıstan qarşılıqlı hörmət və müəyyən edilmiş qaydalara əsaslanaraq zəruri danışıqları davam etdirmək niyyətindədir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş