
ABŞ Prezidenti Donald Tramp avqustun 2-də Vaşinqtona uçarkən təyyarədə mətbuat nümayəndələri ilə söhbəti zamanı meşə yanğınlarından yaranan duman səbəbindən Kanada üçün hansı cəzanı seçdiyini qətiləşdirdiyini bildirib.
Sözügedən açıqlama Ağ Evin rəsmi "YouTube" kanalında yerləşdirilib.
"Bəli. Yaxın zamanda hər şey məlum olacaq", - deyə ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, hazırda Kanada ərazisində 130 meşə yanğını qeydə alınıb. Onlardan ən böyüyünün əhatə etdiyi sahə 73.2 min hektarı geridə qoyur.
Conflict.az
