Sizin reklam burada
Sizin reklam burada

"Bunun həlli var"

"Bunun həlli var"
“Patriot" sistemləri üçün raketlərin kəskin çatışmazlığı səbəbindən Ukrayna Rusiyanın kütləvi ballistik raket zərbələri qarşısında həssas olaraq qalır, lakin bunun həlli var.
Bunu Ukrayna prezidentinin müşaviri Sergey Beskrestnov deyib.
Onun fikrincə, hazırda müdafiəni gücləndirməyin ən real yolu müttəfiqlərin ehtiyatlarından PAC‑3 raketləri əldə etməkdir:
"Söhbət antiballistik koalisiyanın qərarından və "Patriot" raketlərinin lisenziya əsasında istehsalından getmirsə, hazırda bizə yalnız beynəlxalq ictimaiyyət öz ehtiyatlarındakı raketləri təqdim etməklə kömək edə bilər. Belə ehtiyatlar mövcuddur. Rusiyanın aylıq müdafiə istehsalı 70-ə qədər "İsgəndər" raketi, təxminən 50 ədəd S-400 sistemləri üçün raket və 4–7 ədəd "Zirkon" raketi təşkil edir. Müqayisə üçün: "Patriot" sistemləri üçün PAC-3 raketlərinin istehsalı ayda 50–60 ədədə çatır".

Conflict.az

  • Sosial şəbəkədə paylaş