“Moskva Cənubi Qafqazda hərbi mövcudluğunu məhdudlaşdıra bilər”.
Bunu rusiyalı politoloq Andrey Areşev deyib.
O bildirib ki, Rusiyanın Cənubi Qafqazda mövcudluğu, Qərbin sanksiyaları səbəbindən Moskvanın xarici ticarətdə üzləşdiyi problemlər fonunda yenidən formatlaşdırılır. Bu məsələdə qarşılıqlı faydalı əlaqələr olacaq və onlar təkcə dövlət qurumları deyil, ayrı-ayrı şirkətlər, korporasiyalar səviyyəsində də inkişaf edəcək.
“Təhlükəsizlik məsələlərinə gəlincə, vəziyyət dəyişir. Türkiyə daha çox əhəmiyyət kəsb edir. Çünki təkcə Bakı deyil, İrəvan da bununla razılaşır. Eyni zamanda, Rusiya yeni yaranan şərtlər çərçivəsində hərəkət edəcək. Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğunun daha da azaldılması ilə bağlı addımları istisna etmək olmaz. Əgər Ermənistan-Türkiyə münasibətləri normallaşarsa, Gümrüdə Rusiya bazasının olmasının mənası anlaşılmaz olacaq”, – deyə ekspert vurğulayıb.
Conflict.az