Sizin reklam burada
Sizin reklam burada

"Makronun sözləri tarix cahilliyin əlamətidir"

"Makronun sözləri tarix cahilliyin əlamətidir"
Fransa Prezidenti Emmanuel Makronun İsrailin BMT qərarı ilə qurulduğuna dair sözləri tarix cahilliyi və hörmətsizlik əlamətidir.
Bunu İsrailin Baş naziri Binyamin Netanyahu Fransanın “Le Figaro” qəzetinə müsahibəsində söyləyib.
Netanyahu hesab edir ki, Makron İsrail dövlətinin BMT-nin qətnaməsi əsasında yarandığını bəyan etməklə tarixdən xəbərsiz olduğunu göstərib və hörmətsizlik nümayiş etdirib.
"BMT yəhudi xalqının dövlət hüququnu tanıyıb, amma qətiyyən onun yaradanı olmayıb”, – o qeyd edib.
Netanyahu xatırladıb ki, yəhudi xalqı artıq 3,5 min ildir İsrail torpağına bağlıdır.
“Birləşmiş Millətlər Təşkilatının “İsrail Dövlətini yaratdığı” barədə sözlər kədərli məyusedici tarix təhrifidir”, – o vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ