Şimali Koreyadan ilk hərbçilər artıq bu gün Kursk vilayətinə gələcəklər.
Bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
O bildirib ki, koreyalı hərbçilər Kurskda Ukrayna hərbçilərinə müqavimətdə ruslara yardım edəcək:
“İlk bölmələri Kurskda gözləyirik”.
Qeyd edək ki, Şimali Koreyadan olan əsgərlərin Rusiyada təlim keçdiyi haqda bir müddət öncə məlumat yayılmışdı.
Conflict.az