Sizin reklam burada
Sizin reklam burada

"Gəmiçiliyin pozulması ABŞ və İsrail tərəfindən aparılan müharibənin nəticəsidir”

"Gəmiçiliyin pozulması ABŞ və İsrail tərəfindən aparılan müharibənin nəticəsidir”
İranın xarici işlər naziri Abbas Arakçı və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Bu barədə Arakçının sosial şəbəkə hesablarında məlumat yayılıb.
Bildirilib ki, tərəflər ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda son regional hadisələri və Livandakı vəziyyəti müzakirə ediblər.
Bundan başqa, BMT-nin baş katibi Fars körfəzi bölgəsində və Qərbi Asiyada vəziyyət, həmçinin gəmiçiliyin təhlükəsizliyi ilə bağlı öz fikirlərini açıqlayıb.
Arakçı vurğulayıb ki, Hörmüz boğazındakı vəziyyəti regiondakı ümumi vəziyyətdən ayrı nəzərdən keçirmək olmaz:
“Çünki boğazda gəmiçiliyin pozulması ABŞ və İsrail tərəfindən aparılan müharibənin nəticəsidir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ