Sizin reklam burada
Sizin reklam burada

"Bunun üçün parlament qərarı lazımdır"

"Bunun üçün parlament qərarı lazımdır"
Ukrayna vaxt keçdikcə Müstəqil Dövlətlər Birliyinə qayıdacaq.
Rusiya mediası xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB-nin Baş katibi Sergey Lebedev bildirib.
“Biz buna əminik ki, zamanla Ukrayna MDB-yə qayıdacaq. Eynilə Moldova da. Ola bilsin ki, əvvəlki formatda və əvvəlki şəkildə olmasın, amma buna baxmayaraq biz birlikdəyik,” - deyə o bildirib.
Lebedevin sözlərinə görə, Moldova Birlikdən çıxmaq niyyəti barədə MDB-yə rəsmi bildiriş göndərməyib. O xatırladıb ki, bunun üçün parlament qərarı lazımdır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ