Sizin reklam burada
Sizin reklam burada

"Heç birimiz bu barədə bilmirdik"

"Heç birimiz bu barədə bilmirdik"
Finlandiya prezidenti Aleksandr Stubb ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdəki müharibə ilə bağlı tənqidləri fonunda Britaniyanın baş naziri Kir Starmeri müdafiə edib.
BBC-nin "Newsnight" verilişinə müsahibə verən Stubb Starmerə heyran olduğunu və Britaniyanın baş nazirinin sakitliyini qorumaq bacarığını yüksək qiymətləndirdiyini bildirib.
O əlavə edib ki, bir çox beynəlxalq liderlər Trampla münasibətlərdə həm "yaxşı", həm də "pis günlər" yaşayırlar.
Qeyd edək ki, ABŞ prezidenti Kir Starmerin Britaniyanın "daha böyük bir müharibəyə" sürüklənməyəcəyi barədə açıqlamasından sonra ondan "narazı" olduğunu bəyan etmişdi. Trampın tənqidləri həmçinin Hörmüz boğazında ABŞ-a kömək edib-etməyəcəyini hələ açıqlamayan digər müttəfiqləri də əhatə edir.
NATO müttəfiqlərinin, o cümlədən Finlandiyanın ABŞ-a qoşulmalı olub-olmaması barədə suala Stubb belə cavab verib: "Bu, qəfil hücum idi, ona görə də heç birimiz bu barədə bilmirdik. Yəqin ki, tərəddüdün və müəyyən müqavimətin yaranma səbəbi də budur".
Finlandiya lideri ölkəsinin təhlükəsizlik prioritetlərinə də toxunub: "Bizim qayğısına qalmalı olduğumuz ərazimiz - Rusiya ilə 1340 kilometrlik sərhədimiz var. Əvəzində təklif edəcəyimiz heç nə yoxdur. Bizim bazalarımız və ya buna bənzər imkanlarımız yoxdur. Hesab edirəm ki, hazırda vəziyyətin gərginləşməsini deyil, daha çox sülh vasitəçiliyini görmək istərdim".
Stubb ABŞ-ın Rusiyaya qarşı bəzi sanksiyaları ləğv etməsi ehtimalı barədə isə qısaca "Bu, mənim xoşuma gəlmir", - deyə bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ