Sizin reklam burada
Sizin reklam burada

"O, heç nəyə qadir deyil”

"O, heç nəyə qadir deyil”
“Mən Ermənistanın Baş naziri Nikol Paşinyanı hələ 1997-1998-ci illərdən tanıyıram. Onun şəxsi fikirləri və yaradıcılığı yoxdur, heç nəyə qadir deyil”.
Bunu erməni analitik Argişti Kiviryan deyib.

Onun sözlərinə görə, Paşinyan jurnalist işləyərkən başqalarının fikirlərini özününkü kimi təqdim edib:

“Hələ o illərdə baş nazir sarı mətbuatın jurnalisti idi. Oradan-buradan müxtəlif fikirləri götürüb yazıya çevirir, zarafatlar edirdi. İndi də eyni hal müşahidə olunur. Başqa yerdən aldığı fikirləri özününmüş kimi təqdim edir, sosial şəbəkələrdə zarafata çevirir. O adam təşbaşına ideologiya yaratmaq iqtidarında deyil. Sadəcə hakimiyyətdə olduğu 6 ildə belə çox fikri, istiqaməti dəyişdi. Sadəcə vəziyyətə uyğun olaraq cəmiyyətinin başını nə ilə qata biləcəyini tapmağa çalışır. Ona uyğun manipulyasiya üsullarına əl atır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ