İran ABŞ-ın regiondakı bütün hərbi bazalarını diqqətlə izləyir.
İranın xarici işlər naziri Abbas Arakçı deyib.
“Biz regiondakı bütün Amerika bazalarını diqqətlə izləyirik. Həmçinin ABŞ-ın İordaniyadakı bazası ilə bağlı məlumatları İordaniya hakimiyyəti ilə bölüşürük”, - Arakçı bildirib.
O, İranın regionda müharibəyə son qoymağa sadiq olduğunu bildirib və sülhə nail olmaq üçün müxtəlif yolların olduğunu qeyd edib.
Abbas Arakçının sözlərinə görə, İran region ölkələri ilə sıx əlaqə saxlayır və onun Beyrutda yerləşən nümayəndəsi maraqlı tərəflərlə qarşılıqlı əlaqədə olur.
Conflict.az