İsrail ordusu Hizbullahın yeni lideri Haşim Səfiəddinin öldürüldüyünü təsdiqləyib.
Bu barədə “Röyters” məlumat yayıb.
Livanın Mülki Müdafiə Xidmətinin rəsmiləri də Beyrutun kənarındakı Əl-Mreyc rayonunda dağıntıları təmizləyərkən onun meyitini aşkarlayıblar.
Qeyd edək ki, Səfiəddin oktyabrın 3-də İsrailin bunkerə endirilən zərbəsi nəticəsində ölüb.
Conflict.az