Sizin reklam burada
Sizin reklam burada

Bacısına “WhatsApp”da “salam” yazanı bıçaqladı – AĞIR CƏZA

Bacısına “WhatsApp”da “salam” yazanı bıçaqladı – AĞIR CƏZAQəsdən adam öldürməyə cəhddə ittiham edilən Ataş Rəşidovun məhkəmə si bitib.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun qərarı ilə Ataş Rəşidov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il avqustun 29-da Sumqayıt şəhərində baş verib. A.Rəşidov həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

A.Rəşidov məhkəmədə özünü qismən təqsirli bildiyini deyib. O deyib ki, Bəxtiyar onun bacısının "WhatsApp”ına yazıb: "Bunu mənə bacım göstərdi. "Salam” yazan şəxsin Bəxtiyar olduğunu bildim. Bəxtiyarı "WhatsApp”da təhqir edib, onların evlərinə getdim. Onu çölə çağıranda qapının qarşısında məni yumruqla vurdu. Bu zaman özümü müdafiə etmək üçün Bəxtiyara bıçaqla iki zərbə endirdim”.

Sonra zərərçəkmiş B.Allahverdiyev dindirilib. O, "WhatsApp”da tanımadığı nömrəyə yazdığını etiraf edib: "Bilmirdim ki, həmin şəxs Ataşın bacısıdır. Sonra Ataş məni təhqir edib, bizə gəldi. Qapını bacım açıb, məni çağırdı. Ataş mənimlə salamlaşan zaman digər əlində olan bıçaqla məni vurdu. Mən yerə yıxılıb, evə girdim. O da evə girməyə cəhd etdi, qapını bağladım. Bir qədər keçəndən sonra baxdım ki, üstüm qandır, anam da həkimə zəng elədi”.

  • Sosial şəbəkədə paylaş