Sizin reklam burada
Sizin reklam burada

TƏHSIL NAZIRI MƏKTƏB DIREKTORU QORŞISINDA NIYƏ GÖZÜ KÖLGƏLIDIR?

TƏHSIL NAZIRI MƏKTƏB DIREKTORU QORŞISINDA NIYƏ GÖZÜ KÖLGƏLIDIR?Dərs ili sona çatmaq üzrədir.

Az qala bütün il boyu haqlı tənqidimizə tuş gələn paytaxtın 275 saylı tam orta məktəbində neqativ hallar isə daha böyük vüsətlə davam etməkdədir. Nə məktəb direktoru Fəridə Şərifova və haramxor şərikləri olan direktor müavinləri tənqidlərdən nəticə çıxarır, nə də Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi onların barəsində sərt tədbir görür. Nəticə yalnız bu olur ki, hər dəfə tənqidi məqalə işıq üzü görəndən sonra məktəbdə direktorun rəvac və dəstək verdiyi korrupsiya bir az da dərinləşir, qanun pozuntuları daha da artır. Adı bu mövzunu izləyən oxucularımıza yaxşı bəlli olan Yaqut …. haqqında yazılanlardan nəticə çıxarmayıb, yenə də gündüz saat 2-də evə qaçır. Deyir: «Mən bilərəm, direktor bilər, heç kimə dəxli yoxdur. Direktor idarə ilə (BŞTİ) ilə danışıb, mənim icazəmi alıb». Fəridə Şərifova bufetçi Nəcibədən aldığı aylıq haqqı 50 manatdan 100 manata qaldırıb. Nəcibə direktorun otağına gəlib şüvən qoparıb, etiraz edib ki, qazanc azdı, uşaqlar ətraf mağazalara gedib ərzaq aldıqlarına görə onun «bazarı ölüb». Direktor da ona söz verib ki, uşaqlara kənardan ərzaq almağı qadağan edəcək, edib də. XI sinif şagirdlərindən hərədən 150 manat «son zəng» pulu yığılır. Geyimləri, restoran xərcləri ilə bir yerdə tədbir onlara 300 manata başa gələcək. Yeni dərs ili üçün birinci siniflərə qəbul üçün rüşvət yığılır. Məktəbin işçiləri Rəsmiyyə və Xatirə müraciət edən valideynlərə yalandan deyirlər ki, qəbul sistemi dolub. Ancaq istədikləri rüşvəti alanda sistemdə yer tapılır. Bütün ibtidai sinif müəllimləri Rəsmiyyəyə «hörmət» edirlər ki, yeni gələnləri məhz onlara tərəf yönəltsin. İndidən yeni dərs ilinin bazarlığı gedir. Direktorun qapısının ağzında növbədir — sinif alan kim, saat alan kim… Pul verənlər yerbəyer edilir, pul verməyənlər isə deyinə-deyinə qalırlar. Laborant Leyla Əliyeva yenə də kserokopiya aparatının boyası üçün hər ay hərədən 5 manatdan pul yığmağa davam edir. Bu ərəfələrdə direktor Ayişə Məmmədova ilə müəllimlərdən Kifayət Məmmədovanın və digərlərinin dəhlizdə qırğına çıxmaları diqqəti çəkib. Demə, Ayişə Məmmədova onların qazancından kəsib direktorla bölübmüş. Xadimə Aynur da süpürgəçilikdən xeyli fərqli səlahiyyətlərini yerinə yetirməkdə, direktor üçün pul toplamaqdadır. Qanunsuz hazırlıq kursları üçün hər uşaqdan aylıq 50-100 manatdan pul yığılmadadır. İtmiş jyurnalları yeniləyərkən pulunu aldıqları uşaqlara istədikləri qiyməti yazırlar. Bütün laboratoriya və informatika təlimi otaqları repetitorlar üçün açıq elan edilib. Qapıçı Qətibə yenə də öz ampluasındadır: Ərəbzəngi kimi valideyn komitə sədrlərinin qarşısını kəsərək tələb edir ki, sinifləri süpürən xadimə üçün pul versinlər. Amma direktorun əsas pulyığanı məktəb həmkarlar təşkilatının sədri Şahab İsayevin hicablı gəlini Xədicə İsayevadır. Baş idarədən töhmət alsa da, heç özünə qoyulmur. Məktəbin psixoloqu Aysel xanım başqa fənn üzrə repetitorluq edir. Əsas işi isə yadından çıxıb- günün ən aktual məsələlərindən olan məktəbdə sağlam mənəvi-psixoloji mühitin formalaşması və sabit saxlanması, psixoloji problemləri yaranma riski olan təhsilalanların sosial vəziyyəti ilə tanış olmaq vəzifəsini unudub. Davamiyyət aşağıdır, tədris ilinin sonuna yaxın dərslərdə şagird tapılmır. Dərsdə gözə dəyənlər də telefonla qurdalanır, inventarları dağıdır, bir sözlə, istədiklərini edirlər. İki gündən bir uşaqlar dava salır, bir şagird digərinə xəsarət yetirir. Əlimizdə 275 saylı məktəbdə dərs vaxtı şagirdin pəncərədən tullanraq qaçdığını, Azərbaycan bayrağına hörmətsizlik edildiyini əks etdirən kadrlar var. Bildirilir ki, həmin kadrlar SPACE telekanalına da ötürülüb. Amma Fəridə Şərifova deyib ki, Baş İdarə ilə telekanal rəhbərliyi anlaşıblar, kadrlar efirdən yığışdırılıb. Direktor bu il də pensiya yaşlı müavinləri Ayişə və Bağdad müəllimələrdən pul alıb əmək müqavilələrinin vaxtını uzadıb. Fəridə Şərifova şagird və onları valideynlərin boynuna onlardan istədiyi vaxt istədiyi məzmunda izahat vermələri öhdəliyini qoyub. Əks təqdirdə attestat alınan vaxt incidiləcəkləri ilə hədələyib. Hər dəfə məktəbə komissiya gələndə Şahab İsayev müəllimlərdən, şagirdlərdən, valideynlərdən direktorun lehinə imzalar toplayır. İncidilənlər, haqqı tapdalananların isə səbr kasaları dolub, Fəridə Şərifovanın «son zəngi» çalınmır ki çalınmır.
Mövzunu davam etdirəcəyik.
Direktor Fəridə Şərifova ona ünvanlanan suallara aydınlıq gətirmək üçün yuxarıdan ona səlahiyyət verilmədiyini bildirdi.
Qarşı tərəfin də mövqeyini derc etməyə hazırıq.


Conflict.az

  • Sosial şəbəkədə paylaş