Sizin reklam burada
Sizin reklam burada

POLKOVNİK QIZINI İNTİHARA SÜRÜKLƏYƏN DİREKTOR İŞDƏN ÇIXARILDI - KEÇMİŞ DEPUTATIN ANASIDIR

POLKOVNİK QIZINI İNTİHARA SÜRÜKLƏYƏN DİREKTOR İŞDƏN ÇIXARILDI - KEÇMİŞ DEPUTATIN ANASIDIRS.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova vəzifəsindən uzaqlaşdırılıb.

Criminal.az saytına daxil olan məlumata görə, direktorla bağlı qərar bu gün açıqlanıb.
Təhsil Nazirliyinin əməkdaşları məktəbə gələrək X.Osmanovanın səhhəti ilə əlaqədar işdən çıxarıldıığını elan edib. Direktor vəzifəsi Vidadi adlı şəxsə tapşırılıb.
X.Osmanova keçmiş deputat Ceyhun Osmanlının anasıdır.
Məktəbin bir qrup müəllimi bir müddət əvvəl Xuraman Osmanovanın vəzifəsindən sui-istifadə etməsilə bağlı Criminal.az saytına müraciət ünvanlamışdı. Onun gimnaziyaya təhsil ocagı kimi deyil , yeyinti mənbəyi kimi baxdığını yazmışdılar. Hətta polkovnik qızı, həmin məktəbin ingilis dili müəllimi Lalə Mərdanovanı intihar həddinə çatdırdığı bildilirdi.
POLKOVNİK QIZINI İNTİHARA SÜRÜKLƏYƏN DİREKTOR İŞDƏN ÇIXARILDI - KEÇMİŞ DEPUTATIN ANASIDIR
Conflict.az

  • Sosial şəbəkədə paylaş