Sizin reklam burada
Sizin reklam burada

Bakı Avropa Liseyinin şagirdlərinin həyatı önəmli deyilmi? - FOTOLAR

Bakı Avropa Liseyinin şagirdlərinin həyatı önəmli deyilmi? - FOTOLARBakının "Sovetski" adlanan ərazisində evlərin söküntüsü zamanı yaranan qaz sızması nəticəsində 1 ailənin 3 nəfər üzvü - ata, ana və qızları həlak olublar. Əslində, sözügedən ərazidə bu cür faciələrin baş verməsi gözlənilən idi. Çünki ərazidə evlərin söküntüsü zamanı elektrik və təbii qazın verilişini mütəmadi olaraq kəsirlər, istədikləri vaxt verirlər. Bunun acı nəticəsidir ki, ötən gün həmin ailələrdən birinin evində qazdan partlaşıb baş verib.

Demokrat.Az xəbər portalı ərazidə təhlükəsizlik qaydalarına əməl olunmaması barədə hələ bir neçə ay əvvəl Fövqəladə Hallar Nazirliyinə (FHN), Təhsil Nazirliyinə və söküntü işləri gedən ərazinin 5-10 metrliyində fəaliyyət göstərən Bakı Avropa Liseyi rəhbərliyinə sorğu göndərib. Hətta, ərazidən fotolar çəkərək vəziyyətin nə qədər acı fəsadlar doğura biləcəyini bildirib. Təəssüflər olsun ki, indiyədək nə FHN, nə də Təhsil Nazirliyindən sorğu cavablandırılmayıb.

Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova isə rəhbərlik etdiyi məktəbdə hər şeyin qaydasında olduğunu, ərazidə aparılan söküntü işlərinin şagirdlər üçün heç bir təhlükəsinin olmadığını bildirmişdi.

Məsələni aradırmaq üçün təqribən 1 ay öncə Zülfiyyə Veysovanın dəvətilə onunla görüşüb söhbət etdim. Mən ona "ətrafda gedən söküntü işləri zamanı qaz sızması hər an baş verə bilər, axı njiyə şagirdləri təhlükəyə atırsınız?" sualını verəndə o məni əmin edirdi ki, burada elə hal qətiyyən ola bilməz.

Direktor bunun üçün Fövqəladə Hallar Nazirliyinin, "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri və Yasamal rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdüyünü və ərazidə təhlükəsizliyin tam təmin edildiyini deyirdi. Amma mən buna heç zaman inanmamışdım.

Göründüyü kimi, təxminlərim məni yanıltmadı. Və ilk faciə baş verdi. Amma yaranmış ölüm təhlükəsi hələ də Zülfiyyə Veysovaya və müvafiq qurumlara dərs olmadı. İndi yüzlərlə şagirdi olan Bakı Avropa Liseyi ölüm təhlüksəilə üz-üzə dayanıb. Ötən gün məktəbin 5-10 metrliyində qaz sızmasından 3 nəfərin ölümünə səbəb olan ağır faciə baş verir, amma məktəbin şagirdləri hələ də köçürülməyib.

Daha nə qədər insan həlak olmalıdır ki, Bakı Avropa Liseyi oradan köçürülsün? Zülfiyyə Veysova, axı nə üçün göz görə-görə yüzlərlə şagirdi od-alovun içərisinə atırsınız? Onların məsuliyyət yükü sizin üzərinizdə qalır. Nə qədər ki, daha ağır faciələr baş verməyib, lazımı qurumlar təcili addımlar atmalıdır. Əks halda, Bakı Avropa Liseyində təhsil alan yüzlərlə şagirdin həyatı təhlükədədir!

P.S. Təqdim etdiyimiz fotolar 1 ay öncə hələ faciə baş verməmiş çəkilib.
Bakı Avropa Liseyinin şagirdlərinin həyatı önəmli deyilmi? - FOTOLAR
Bakı Avropa Liseyinin şagirdlərinin həyatı önəmli deyilmi? - FOTOLAR
Bakı Avropa Liseyinin şagirdlərinin həyatı önəmli deyilmi? - FOTOLAR
Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ