Sizin reklam burada
Sizin reklam burada

"BMT maliyyə çətinlikləri yaşayır"

"BMT maliyyə çətinlikləri yaşayır"
Birləşmiş Millətlər Təşkilatı maliyyə çətinlikləri fonunda xərcləri azaltmaq üçün qərargahında bir sıra məhdudiyyətlər tətbiq edir.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, xərclərə qənaət edən tədbirlər arasında operatorların və tərcüməçilərin iş vaxtından artıq işləməsinə qadağa, BMT-nin Manhettendəki mənzil-qərargahında iş saatlarının məhdudlaşdırılması, həmçinin yeni işçilərin işə qəbulunun dondurulması daxildir.

Agentlik qeyd edir ki, Birləşmiş Ştatlar da daxil olmaqla əsas donorlar tez-tez ödənişlərini gecikdirdiyi üçün BMT uzun müddətdir maliyyə çətinlikləri yaşayır. Çətinliklər, həmçinin COVID-19 pandemiyası və ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının humanitar və inkişaf səyləri üçün maliyyəni azaltmaq qərarı ilə daha da ağırlaşıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş