Sizin reklam burada
Sizin reklam burada

“Bu, tam absurddur"

“Bu, tam absurddur"
Rusiya NATO ölkələrinə hücum etmək fikrində deyil".
Bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib .

Onun sözlərinə görə, son vaxtlar ABŞ-ın əmri ilə Rusiya Prezidenti Vladimir Putinin Ukraynada dayanmayacağı, ondan sonra isə NATO ölkələrinə hücum edəcəyi barədə fikir söyləmək “dəb” olub .

“Bu, tam absurddur, hətta dezinformasiya deyil, bu, həmin siyasətin mahiyyətinin və bütün hərəkətlərimizin üzərində qurulduğu tamamilə məntiqi təməlin şər və qərəzli təhrifidir", - Ryabkov bildirib.

Aprelin 22-də Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, Rusiya Ukraynadakı münaqişədə qalib gələrsə, NATO ölkələrinə hücum edə bilər.

Bundan əlavə, Ukrayna Prezidenti Volodimir Zelenski Putinin münaqişədə qalib gələcəyi təqdirdə Baltikyanı ölkələri işğal edəcəyini bəyan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş