Sizin reklam burada
Sizin reklam burada

“Belə təklif olmayıb"

“Belə təklif olmayıb"
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasına keşiş Baqrat Qalstanyanla görüş təklifi daxil olmayıb, hakim komandanın gündəmində belə bir məsələ yoxdur.
Bunu Ermənistan parlamentinin komitə sədri Sərkis Xandanyan deyib.

Həmçinin komitə rəhbəri revanşistlərin Baş nazir Nikol Paşinyanın impiçment edilməsi tələbinin də hakim komandanın gündəmində olmadığını açıqlayıb:

“Belə bir təklif olmayıb. İkincisi, bu məsələ müzakirə oluna bilməz, çünki 2021-ci ildə keçirilən parlament seçkiləri ilə Ermənistan vətəndaşları hökumət və parlamenti formalaşdırıb, liderini seçib. Ermənistanda hökuməti ancaq demokratik və qanuni yolla, yəni seçki yolu ilə dəyişdirilə bilər. Növbəti seçkilər 2026-cı ildədir. Ermənistan Baş naziri Nikol Paşinyandır və “Vətəndaş Müqaviləsi” Partiyası və fraksiyası heç bir halda bu məsələni müzakirə etmək fikrində deyil”.

Xandanyanın sözlərinə görə, revanşistlər son 3-4 ildə hər dəfə havalar isinəndə eyni simalarla ölkə daxilində nəticə əldə etməyən müxtəlif proseslər yaratmağa çalışırlar.

Komitə sədri hesab edir ki, belə hərəkatların uğur qazanmamasının səbəbi bu proseslərin heç bir siyasi məzmun daşımaması, vətəndaşlara alternativin təklif olunmamasıdır.

Xandanyan təkrarlayıb ki, hakim partiya heç kimlə baş nazirin istefası ilə bağlı görüş keçirmək fikrində deyil.

Conflict.az

  • Sosial şəbəkədə paylaş