
“Rusiyanın Xarkov bölgəsində uğur qazanması üçün kifayət qədər qüvvəsi yoxdur”.
Bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Kristofer Kavoli deyib.
“Onların strateji üstünlük əldə etmək üçün bacarıq və imkanları yoxdur. Rusiya ordusu müəyyən itkilərə məruz qalıb”, – Kavoli vurğulayıb.
Lakin o, Rusiyanın bölgəyə yerləşdirdiyi hərbçilərin sayı barədə heç bir məlumat verməyib.
Öz növbəsində, NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer bildirib ki, Ukrayna silahlı qüvvələrini alacağı silah-sursatların miqdarı baxımından böyük irəliləyişlər gözləyir.
Conflict.az