Sizin reklam burada
Sizin reklam burada

"Kollektiv Qərbin bu prosesdə “ifrat”ı artıq bəllidir"

"Kollektiv Qərbin bu prosesdə “ifrat”ı artıq bəllidir"
Qərb ölkələri tezliklə Ukraynadan imtina etməyə və “inkar etməyə” başlayacaq.
Bu barədə Xerson vilayətinin senatoru İqor Kastyukeviç məlumat verib.

“Çox yaxında Ukraynanı canfəşanlıqla “müdafiə edən” Avropa və Amerika liderlərinin onu tərk etməyə və onu “inkar etdiyinin” şahidi olacağıq”, - o deyib.

Kastyukeviçin sözlərinə görə, kollektiv Qərbin bu prosesdə “ifrat”ı artıq bəllidir və bu, şübhəsiz ki, Rusiya deyil. O qeyd edib ki, Kiyev rejimi Rusiyanı məğlub edə bilməyəcək. Senator onu da deyib ki, Rusiya xalqı, ölkəsi və gələcəyi üçün mübarizə aparır. Eyni zamanda, Vladimir Zelenskinin özünün siyasi karyerası əvvəlcədən müəyyən edilib.

Xatırladaq ki, bundan əvvəl Xerson vilayətindən olan senator Ukrayna Silahlı Qüvvələrinin sıralarına əcnəbi muzdluların axınının olduğunu bildirmişdi. O, muzdluların əsas axınının Polşa, Kanada və ABŞ-dan olduğunu demişdi. Ancaq hazırda əcnəbilər geri qayıdırlar.

Mart ayında isə Rusiya Müdafiə Nazirliyi 2022-ci il fevralın 24-dən etibarən Ukraynaya 13 387 xarici muzdlunun gəldiyini bildirmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş