Sizin reklam burada
Sizin reklam burada

"Aİİ-dən çıxmaqla heç bir problemi həll etməyəcəyik"

"Aİİ-dən çıxmaqla heç bir problemi həll etməyəcəyik"
“Avropa Ermənistanı və onun problemlərini qucaq açaraq gözləmir”.
Bunu Alternativ araşdırmalar mərkəzinin rəhbəri Tatul Manaseryan deyib.

O bildirib ki, hazırda Ermənistanda iqtisadi rəqabət sıfırın altındadır. İqtisadiyyatda yaranmış boşluq və qeyri-müəyyənlik təhlükəsizliyə ciddi ziyan vurur.

“ABŞ və Avropanın arzusunda olduğu Rusiya bazarı bu gün Ermənistan üçün açıqdır. Amma ölkəmizin ondan imtina etməsi anlaşılan deyil. Biz Aİİ-dən çıxmaqla heç bir problemi həll etməyəcəyik. Üstəlik, avropalılar və amerikalılar Ermənistanın Aİİ və hətta İranla əməkdaşlığına və iqtisadi əlaqələr saxlamasına qarşı deyillər”.

Manaseryanın fikrincə, əgər Ermənistan Avropa ölkələri sırasına daxil olmaq istəyirsə, bir məsələni anlamalıdır:

“Avropa bir çox problemləri olan ölkəni qucaq açıb gözləməyəcək. Avropa öz problemləri ilə nə Ermənistanı, nə Gürcüstanı, nə də başqa bir ölkəni gözləmir”, – deyə Manaseryan vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş