ABŞ Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi məsələsində Yeddilik Qrupu tərəfdaşları ilə məsləhətləşmələri davam etdirir.
Bu barədə brifinq zamanı Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib.
"Mən müddəti açıqlamayacam, yalnız onu deyə bilərəm ki, biz təkcə Konqreslə deyil, G7 və Avropadakı digər tərəfdaşlarla da sıx məsləhətləşmələri davam etdiririk", - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, məsləhətləşmələr bu proseslərin həm ABŞ, həm də onların hüquq sisteminə uyğun olmasında əmin olmaq üçün davam etdirilir.
Conflict.az