Sizin reklam burada
Sizin reklam burada

"Millət vəkili sənədləri götürüb qaçıb"

"Millət vəkili sənədləri götürüb qaçıb"
Tayvan parlamentində iqtidar partiyası ilə müxalifət partiyasının deputatları arasında təklif olunan qanuna üstündə dava düşüb. Millət vəkili sənədləri götürüb qaçıb. Dava nəticəsində 5 deputat xəstəxanalıq olub.
Ölkənin parlamentində təklif olunan islahatlarla bağlı müzakirələr başlayıb. Əsas müxalifət Millətçi Partiyası və Tayvan Xalq Partiyası qanun layihəsini deputatlara təqdim edərək, parlamentin hökumət üzərində daha çox nəzarəti əldə etməsinə zəmin yaradıb.

Parlamentdə yalan ifadələr işlətdiyi güman edilən deputatların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı təklif də qanun layihəsində yer alıb. Hakim Demokratik Tərəqqi Partiyasından olan deputatların qanun layihəsinə qarşı çıxması ilə parlamentdə qarışıqlıq yaranıb.

Deputatlar bir-birini itələyib və yumruqlaşıblar. Dava zamanı DPP-nin deputatı Quo Quoven isə sənədləri götürərək qaçıb.

İclasa fasilə verilib. 5 deputat isə xəstəxanaya aparılıb. Qanun layihəsinin müzakirəsinin gecə saatlarına qədər davam edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş