Sizin reklam burada
Sizin reklam burada

Türkiyə suriyalı qaçqınları təhlükəsiz şəkildə geri göndərməyə çalışır

Türkiyə suriyalı qaçqınları təhlükəsiz şəkildə geri göndərməyə çalışır
Türkiyə müdafiə naziri Hulusi Akar dünən Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanla Moskvaya gedib. Akar burada Suriya müdafiə naziri ilə də görüşüb. On bir ildən sonra ilk görüş kimi tarixə düşən təmasları Rusiya rəsmiləri müşayiət edib.
Rusiyanın paytaxtında baş tutan görüş Yaxın Şərq mətbuatında da əks-səda doğurub.
“Əl-Ərəbiyyə” qəzetindəki xəbərdə Suriya böhranının həlli üçün təmasların davam edəcəyi vurğulanıb. Nəşr ilk əlaqənin Türkiyənin Suriyanın şimalında planlaşdırdığı quru əməliyyatından əvvəl baş tutduğuna diqqət çəkib.
“Əl-Monitor” qəzeti də iki ölkə arasındakı görüşü işıqlandırıb: “Türkiyə Suriya hökuməti ilə terrorçu qruplaşmalara qarşı əməkdaşlıq etməsini istəyir. Dəməşq də Ankaradan qoşunlarını Suriyadan çıxarmasını tələb edir”.
Görüşün Prezident Rəcəb Tayyib Ərdoğanın Dəməşqə müsbət mesajlar göndərməsindən sonra baş tutduğu da vurğulanıb.
“Əl-Cəzirə” telekanalının xəbərinə görə, Ankara ilə Dəməşq arasında Suriya ilə bağlı hələ də böyük fikir ayrılıqları var: “Məlumdur ki, Dəməşq türk hərbi qüvvələrini öz sərhədləri daxilindən çıxarmaq istəyir”.
Həmçinin məqalədə qeyd olunub ki, Türkiyə suriyalı qaçqınları təhlükəsiz şəkildə geri göndərməyə çalışır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş