Sizin reklam burada
Sizin reklam burada

“Müqavilələrin mətni üzərində işləyirik"

“Müqavilələrin mətni üzərində işləyirik"
Ukraynaya qarşı müharibənin xərci artdıqca Rusiya yeni addımlar atmağa məcbur olur. Bu məqsədlə Kabillə görüşəcək Moskva Taliban hökumətini rəsmən tanımır.
“Yeni Şafak” xəbər verir ki, Taliban nümayəndə heyəti Rusiya rəsmiləri ilə danışıqlar aparmaq və bu ölkədən neft-qaz və buğda tədarükü ilə bağlı müzakirələri yekunlaşdırmaq üçün Moskvada olub.
Əfqanıstan İqtisadiyyat Nazirliyinin sözçüsü Həbiburəhman Həbib də bu xəbəri təsdiqləyib. O, Rusiya tərəfi ilə danışıqların davam etdiyini bildirib.
Eyni zamanda, bu ay Əfqanıstanın maliyyə və ticarət nazirlərinin Moskvada bir neçə gün qaldığı və sövdələşmələr üzərində iş apardıqları bildirilib.
“Müqavilələrin mətni üzərində işləyirik, demək olar ki, neftlə bağlı razılığa gəlmişik” - mənbə nəşrə bildirib.
Həm Rusiya, həm də Talibanın rəhbərlik etdiyi Əfqanıstan beynəlxalq təşkilatlar və bir sıra ölkələrin onlara qarşı tətbiq etdikləri iqtisadi sanksiyalardan əziyyət çəkir.
Ötən ilin avqustunda Taliban Əfqanıstanda hakimiyyətə nəzarəti bərpa etdikdən sonra ölkənin mərkəzi bankının aktivləri dondurulub. Bankları sanksiyaya məruz qalan Talibanın öz vəsaitlərini üçüncü ölkə vasitəsilə köçürülməsini gözlənilir.
Rusiyaya qarşı görülən tədbirlərə ölkənin maliyyə ehtiyatlarının təxminən yarısının dondurulması, banklarının beynəlxalq SWIFT sistemindən çıxarılması, eləcə də neft və kömürünə embarqoların qoyulması daxildir.
Heç bir xarici dövlətin, o cümlədən Moskvanın Talibanı rəsmən tanımadığı nəzərə alındıqda, taliblərin Rusiyaya ödənişləri necə edəcəyi sual yaradır. Ödəniş üçün rəsmi bank kanallarından istifadə edilib-edilməyəcəyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş