
Cavid Cəfərzadə: “Layihə, müsabiqə, ictimai fəaliyyətlər şagirdlərin liderlik, ünsiyyət, tədqiqat və komanda işi bacarıqlarını inkişaf etdirir”
Növbəti dərs ili başa çatır. Artıq məktəblərimizdə “Son zəng” çalındı. Bu münasibətlə Bakı şəhəri 206 saylı tam orta məktəbin direktoru Cavid Cəfərzadə ilə görüşüb ondan “Son zəng” tədbirləri, məktəbin uğurları və gələcək perspektivləri barədə müsahibə aldıq. Ümid edirik ki, gənc direktor C.Cəfərzadə ilə söhbətimiz bütün məktəb kontingentləri üçün maraqlı və əhəmiyyətli olacaq.
-Cavid müəllim, 2025-2026-cı tədris ili artıq başa çatır. Məktəbiniz üçün bu tədris ilini necə qiymətləndirirsiniz?

-Ümumilikdə, 2025-2026-cı tədris ili məktəbimiz üçün uğurlu və məhsuldaroldu. Şagirdlərimizin akademik nailiyyətləri, müəllimlərimizin peşəkarlığı, məktəbin ictimai fəaliyyətlərdə fəal iştirakı və həyata keçirilən layihələrbizi sevindir ən əsas göstəricilərimizdir. Tədris ili ərzində məktəbimiz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi müxtəlif layihə, müsabiqə və tədbirlərdə fəal iştirake dib. Bu fəaliyyətlər şagirdlərimizin inkişafına və məktəbin nüfuzunun yüksəlməsinə mühüm töhfələr verib.
-Gəlin fikrimizi bir qədər konkretləşdirək. Bu il məktəbinizin əldə etdiyi əsas uğurları necə xarakterizə edərdiniz?
-Ondan başlayaq ki, şagirdlərimiz müxtəlif fənn müsabiqələri, bilik yarışları, olimpiadalar, idman və yaradıcılıq müsabiqələrində uğurla iştirak ediblər. Müxtəlif səviyyəli diplom və sertifikatlarla təltif olunan şagirdlərimiz məktəbimizin adını layiqincə təmsil ediblər. Bundan başqa, müəllimlərimiz də metodiki və pedaqoji fəaliyyətlərdə fəal iştirak edərək öz peşəkarlıq imkanlarını daha da genişləndirirlər. Əldə olunan nəticələr məktəbimizdə keyfiyyətli təhsil mühitinin formalaşdığını əyani şəkildə göstərir.
-Artıq son zəng çalındı. Bəs son zənglə bağlı tədbirləriniz bu il hansı xüsusiyyətləriilə fərqləndi?
-“Son zəng” tədbirimiz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatlarına uyğun olaraq yüksək səviyyədə təşkil edildi. Tədbirin əsas xüsusiyyəti onun milli-mənəvi dəyərlər, məktəb mədəniyyəti və nizam-intizam prinsipləri üzərində qurulması oldu. Şagirdlərin, müəllimlərin və valideynlərin birgə iştirakıilə keçirilən tədbir hər kəs də xoş təəssüratlar yaratdı.

-Məktəbli formasının Son Zəng tədbirində istifadəsi barədə nə deyə bilərsiniz?
-Bu il məktəbimizdə “Son zəng” tədbiri ilk dəfə olaraq vahid məktəbli formasında keçirildi. Bu, çox yaxşı haldır. Düşünürəm ki, məktəbli forması yalnız geyim fərqi deyil, həmdə məsuliyyət, intizam, bərabərlik və məktəbə mənsubiyyət hissinin ifadəsidir. Məndə məktəb rəhbəri kimi məktəbli forması geyinərək bu təşəbbüsə dəstək verdim. Məqsədimiz şagirdlərə nümunə olmaq, məktəb mədəniyyətinin və səliqəli görünüşün əhəmiyyətini bir daha vurğulamaq idi.
-Məktəbin inkişafında layihə və müsabiqələrin rolu böyükdürmü?
-Müasir təhsil yalnız dərs prosesindən ibarət deyil. Layihələr, müsabiqələr, sosial və ictimai fəaliyyətlər bir mənalı olaraq şagirdlərin liderlik, ünsiyyət, tədqiqat və komanda işi bacarıqlarını inkişaf etdirir. Bu baxımdan məktəbimiz müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələrdə fəal iştirak edib. Biz çalışırıq ki, hər bir şagird öz potensialını üzə çıxarmaq üçün imkanlar əldə edə bilsin. Məhz bu yanaşma qazandığımız uğurların əsasını təşkil edir.
-Məktəb kollektiviniz barədə bilgilərdə maraqlıdır…
-Məktəbimizin uğurlarının arxasında peşəkar və fədakar pedaqoji kollektivimiz dayanır. Müəllimlərimiz yalnız bilik verməklə kifayətlənmir, eyni zamanda şagirdlərin vətəndaş kimi formalaşmasına da böyük töhfə verirlər. Valideyn-məktəb əməkdaşlığı da bu prosesdə mühüm rol oynayır. Birgə əməkdaşlıq nəticəsində sağlam, təhlükəsiz və inkişafyönümlü təhsil mühiti formalaşdırmışıq.
- Məzunlara gələcək həyat yollarında nə arzulayırsınız?
-Məzunlarımızın hər birinə uğurlar arzulayıram. Onların qazandıqları bilik və bacarıqları gələcək həyatlarında uğurla tətbiq edəcəklərinə inanıram. Arzu edirəm ki, hər biri ölkəmizin müxtəlif sahələrdə inkişafına stimul verəcək savadlı, vətənpərvər və məsuliyyətli vətəndaşlar olsun. Məktəbimizin qapıları onların üzünə hər zaman açıqdır. Onların gələcək uğurlarını qürurla izləyəcəyik.
-Müsahibə üçün təşəkkür edir, gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayırıq.
-Çox sağ olun.

Conflict.az
