
Raul Kastroya ittihamlar fonunda Prezident Donald Tramp ABŞ ilə Kuba arasında gərginliyin olacağını istisna edib.
Ağ Ev rəhbəri ABŞ-ın Kubaya diqqət yetirdiyini və Vaşinqtonun kubalılara kömək etməli olduğunu bildirib.
O, həmçinin Kubanın gələcəyini proqnozlaşdıra bilmədiyini söyləyib:
"Xeyr, gərginlik olmayacaq. Buna ehtiyac yoxdur. Baxın, ölkə dağılır. Bu, xaosdur və onlar əslində nəzarəti itiriblər".
Conflict.az
