
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada aparılan “xüsusi hərbi əməliyyat”la bağlı açıqlama verib.
Lavrov bu barədə Şanxay Media Qrupuna verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, Rusiya tərəfi rusdilli əhalinin yaşadığı ərazilərə həddindən artıq ziyan vurmamaq üçün müəyyən strategiya tətbiq edir.
Onun sözlərinə görə, Rusiya Prezidenti dəfələrlə qeyd edib ki, hərbi əməliyyatlar zamanı mümkün vasitələrin hamısından istifadə edilmir, məqsəd isə ümumilikdə rusdilli əhalinin yaşadığı ərazilərə böyük dağıntıların qarşısını almaqdır.
Nazir həmçinin əməliyyatların gedişinə toxunaraq Rusiya qoşunlarının irəliləyiş tempinin sabit qaldığını bildirib. Onun sözlərinə görə, bu il Rusiya ordusu təxminən 80 yaşayış məntəqəsini nəzarətə götürüb, onların təxminən yarısı mart və aprel aylarında keçib.
Conflict.az
