İsrail naziri İtamar Ben-Qvirin yaydığı görüntülər qəbuledilməzdir. Bir çox İtaliya vətəndaşı da daxil olmaqla, yardım aparan fəalların insan ləyaqətini pozan bu rəftara məruz qalması qəbuledilməzdir.
Bunu İtaliyanın Baş naziri Corciya Meloni X hesabında yazıb.
“İtaliya hökuməti yardımda iştirak edən İtaliya vətəndaşlarının dərhal azad edilməsini təmin etmək üçün bütün zəruri addımları atır. Xarici İşlər Nazirliyi baş verənlərlə bağlı rəsmi izahat tələb etmək üçün dərhal İsrail səfirini çağıracaq”, - o bildirib.
Qeyd edək ki, İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardımla Qəzzaya gedən Sumud donanmasına aid gəmiləri əməliyyat nəticəsində saxlayıb. Daha sonra təhlükəsizlik naziri Ben-Qvir saxlanılan fəalların təhqir edilməsini əks etdirən görüntülər paylaşıb.
Conflict.az
