
İslam İnqilabı Keşikçiləri Korpusu İran idarəçiliyində mühüm qüvvə olaraq qalır.
Bunu ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin komandanı admiral Bred Kuper bildirib.
Onun sözlərinə görə, İranın hərbi potensialı kəskin şəkildə azalsa da, bölgədə gəmiçiliyin hərəkətini nəzarətdə saxlayır: "SEPAH hələ də sənaye və sığorta sisteminə nəzarət edir. Amma ABŞ ordusu fövqəladə hallar üçün geniş imkanlara malikdir və Hörmüz boğazından gəmiləri müşayiət etmək qabiliyyətini qoruyub saxlayır" - deyə, admiral qeyd edib.
Kuperin sözlərinə görə, danışıqlar dövründə problemlərin həlli siyasətçilərdən asılıdır: "ABŞ ordusunun İran silahlı qüvvələrinə vurduğu ziyana və dağıntılara baxmayaraq, SEPAH ölkənin idarəçiliyində mühüm qüvvə olaraq qalır".
Conflict.az
