Sizin reklam burada
Sizin reklam burada

"Hərbi əməliyyatların uzadılması münaqişəni gərginləşdirə bilər"

"Hərbi əməliyyatların uzadılması münaqişəni gərginləşdirə bilər"
Ukraynada hərbi əməliyyatların uzadılması münaqişəni gərginləşdirə bilər.
Bunu ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer deyib. O bildirib ki, müharibəyə danışıqlar yolu ilə son qoyulmalıdır.
“Mən hesab edirəm ki, Ukraynaya NATO-ya üzv olması barədə verilən təklif yanlış idi, lakin baş verənləri nəzərə alsaq, bu, artıq keçmişdə qalıb. Danışıqlar olmalıdır. Mən sizi müharibəni qeyri-müəyyən müddətə uzatmamağa çağırıram, çünki bu toqquşma getdikcə Birinci Dünya Müharibəsinə bənzəyəcək, daha da böyüyə bilər” - Kissincer deyib.
Eyni zamanda, o, Rusiyaya güzəştə getməyin əleyhinə çıxış edib və əlavə edib ki, Rusiya qüvvələri hərbi əməliyyatlar başlamazdan əvvəl sahib olduqları mövqelərə qayıtmalıdırlar.
Keçmiş dövlət katibi onu da qeyd edib ki, NATO ölkələri indi Moskva ilə uzunmüddətli münasibətləri necə quracaqlarına qərar verməlidirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş