Sizin reklam burada
Sizin reklam burada

"Sülh və təhlükəsizlik üçün yaxşı heç nə olmayacaq"

"Sülh və təhlükəsizlik üçün yaxşı heç nə olmayacaq"
ABŞ-ın Kiyevə 1 milyard dollarlıq yeni hərbi yardım paketi təsdiqləyir ki, bu ölkə Ukrayna böhranının sülh yolu ilə həllinə yardım etmək niyyətində deyil, münaqişəni uzatmaq istəyir.
Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
"Vaşinqton Ukrayna münaqişəsinin alovuna yağ tökməkdə davam edir. Bu məqsədlər üçün əlavə 1 milyard dolların ayrılması ABŞ-ın ağılın səsinə qulaq asmaq və sülh yolu ilə nizamlanmaya töhfə vermək niyyətində olmadığını təsdiqləyir. Vaşinqtonun bu addımları Kiyevdə Rusiyaya qalib gəlmək ehtimalı ilə bağlı illüziya yaradır. Nəticədə Ukraynanın hakim sinfinin avantürist siyasətinin qurbanlarının sayı artır. Sülh və təhlükəsizlik üçün yaxşı heç nə olmayacaq, ancaq Ukrayna rejiminin aqoniyasını uzadacaq” - Antonov bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş