Sizin reklam burada
Sizin reklam burada

“Avropa Birliyi müəlliflik hüququ iddia etmir"

“Avropa Birliyi müəlliflik hüququ iddia etmir"
Biz həmişə münaqişənin hərtərəfli həllinə ehtiyac olduğunu vurğulamışıq. Bu istiqamətdə işləyirik.
Bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
“Hesab edirəm, məsələ sonda hərtərəfli nizamlanmanın olmasından ibarətdir. Münaqişənin necə başladığını hamımız bilirik, onu nəhayət həll etmək lazımdır” - AB rəsmisi əlavə edib.
“Aldığım mesaj ondan ibarətdir ki, liderlərin bir neçə həftə əvvəl Brüsseldə keçirilən görüşü konkret nəticələr verdi. Sərhəd komissiyalarının ilk iclası keçirilib. Sonra kommunikasiya xətlərinin açılması məsələsini müzakirə etmək üçün Moskvada baş nazir müavinlərinin görüşü baş tutdu və liderlər bunu Brüsseldə də müzakirə etdilər. Və bu bizi ruhlandırır. Bakının reaksiyası ondan ibarətdir ki, həm Brüssel görüşünün, həm də onun sonrakı gedişatının qiymətləndirilməsi müsbətdir. Beləliklə, kifayət qədər müsbət tendensiya var. Və düşünürəm ki, onu inkişaf etdirmək olar” - Klaar bildirib.
Münaqişənin nizamlanması ilə bağlı Brüssel və Moskva arasında mümkün rəqabətlə bağlı deyilənlərə gəlincə, Toivo Klaarın fikrincə, AB “müəllif hüquqları”na iddia etmir və hazırda ən başlıcası prosesi irəli aparmağa çalışmaqdır.
“Avropa Birliyi heç bir şeyə müəlliflik hüququ iddia etmir. Biz tərəqqi görməkdə və onu dəstəkləməkdə maraqlıyıq. Düşünürəm ki, Prezident Mişelin liderləri ilə üç görüşü, eləcə də Prezident Makronun Azərbaycan və Ermənistan liderləri ilə görüşü ilə buna nail ola bildi. Bizim etmək istədiyimiz də budur” - avropalı diplomat başqa formatların, xüsusən də Moskvada ölkə liderləri səviyyəsində üçtərəfli görüşlərin olduğunu xatırladıb.
O, həmçinin Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərinin Moskvada regionda kommunikasiyaların açılması məsələlərinə dair İşçi Qrupunun sonuncu iclasına toxunub:
“Bu, bizi düzgün istiqamətə yönəldirsə, çox yaxşıdır. Axı Avropa Birliyinin yeganə marağı prosesi asanlaşdırmaq və uzunmüddətli hərtərəfli nizamlanmanın əldə olunmasına kömək etməkdir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş