Sizin reklam burada
Sizin reklam burada

“Avropa payız-qış dövrünə anbarlarda təbii qaz qıtlığı ilə girəcək"

“Avropa payız-qış dövrünə anbarlarda təbii qaz qıtlığı ilə girəcək"
Rusiya ilin 9 ayında Türkiyəyə təbii qaz idxalını keçən ilin eyni dövrünə görə 138,8 faiz artırıb.
Bunu “Gazprom Export” şirkətinin rəhbəri Yelena Burmistrova açıqlayıb.

Rusiyanın təbii qaz ixracat həcmi ilə bağlı danışan Yelena Burmistrova ilin sonuna qədər Türkiyəyə 24-25 milyard kubmetr təbii qazın nəqlini planlaşdırdıqlarını da bildirib: “İlin sonuna qədər “Qazprom” Avropa və Türkiyə bazarlarına ümumilikdə 183 milyard kubmetr təbii qaz göndərməyi planlaşdırır. Daşımanın ortalama qiymətinin min kubmetr üçün 270 dollar olacağını düşünürük”.

Yelena Burmistrova Türkiyə bazarında rus qazına olan tələbatın artdığını da ifadə edib.

Burmistrova Avropa ölkələrinin təbii qaz anbarlarında kəsirlərin olduğuna da diqqət çəkib: “Avropa payız-qış dövrünə anbarlarda təbii qaz qıtlığı ilə girəcək. Keçən il qış mövsümündə Avropadakı anbarlardan rekord səviyyədə təbii qaz çəkildi. Ehtiyatların yenilənməsi prosesi isə həmişəkindən gec başladı”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş