“Qardaşımı qətlə yetirən məşhur iş adamı Əvəz Şükürovun İmişlidəki təmsilçisidir” - İDDİA

Gündəm / Bölgə / Kriminal

844

“Qardaşımı qətlə yetirən məşhur iş adamı Əvəz Şükürovun İmişlidəki təmsilçisidir” - İDDİA
10 sentyabr 2020-ci il tarixdə, təxminən saat 17 radələrində İmişlidə qətl hadisəsi baş verib. Rayonun Yuxarı Qaralar kənd sakini Rüstəmov Şaiq Səlim oğlu idarə etdiyi avtomobillə, Aşağı Qaralar kənd sakini Hacıyev İkram Pencalı oğlunun idarə etdiyi QAZ 31 markalı avtomobili arxadan vuraraq yol – nəqliyyat hadisəsi törədib. Şahidlərin bildirdiyinə görə yol – nəqliyyat hadisəsindən sonra hər iki sürücü idarə etdikləri avtomobildən düşüblər. Bu zaman Rüstəmov Şaiq Səlim oğlu avtomobilindəki dəmir parçası ilə mərhum Hacıyev İkram Pəncəli oğlunun baş nahiyyəsindən vurub. Aldığı zərbədən yerindəcə dünyasını dəyişən mərhumun qardaşı Hacıyev Fuad Pencalı oğlunun Conflict.az-a verdiyi məlumatda qeyd edilir ki, hadisəni törədən Rüstəmov Şaiq Səlim oğlu həmin vaxt sərxoş vəziyyətdə olub.
“Qardaşımı qətlə yetirən məşhur iş adamı Əvəz Şükürovun İmişlidəki təmsilçisidir” - İDDİA
Fuad Hacıyev əlavə olaraq onu da qeyd etdi ki, bu Şaiq tərəfindən törədilən ilk qanun pozuntusu deyil.
- “Qardaşımı qətlə yetirən Rüstəmov Şaiq məşhur iş adamı Əvəz Şükürovun İmişlidəki təmsilçisidir. Şaiq həbs edilənə qədər rayonda özbaşınalıq edən, kimsə ilə hesablaşmayan birisi olub. O, iş adamı Əvəz Şükürovun rayonun Bəciravan kəndindəki fermasına və balq vətəgəsinə nəzarət edən şəxsdir. Demək olar ki, hər gün spirtli içki qəbul edən Şaiq avtomobili qanunların icazə verdiyi formada deyil, istədiyi kimi idarə edirdi. Və məsələnin ən qəribə tərəfi isə onun bu hərəkətlərinə aidiyyatı orqanlar nədənsə daima göz yumurdular. Düzdür qardaşımın qətlindən sonra Şaiq məhkəmənin qərarı ilə istintaq dövrü üçün 4 ay müddətinə azadlıqdan məhrum edilib, lakin biz hadisələrin gedişindən çox narahatıq. Yuxarıda qeyd etdiyim kimi Şaiq məşhur iş adamı Əvəz Şükürovun ən yaxın adamlarındandır. İş adamının gələcəkdə öz yaxınını müdafiə edəcəyi, onu az müddətli həbslə qurtaracağı şübhəsi ailəmizi çox narahat edir. Mən aidiyyatı dövlət qurumlarından xahiş edirəm günahsız yerə qətlə yetirilən qardaşımın qatilinə layiqli cəzanın verilməsinə nail olsunlar.”
Sözsüz ki, bu iddiaların müəllifi yuxarıda qeyd etdiyimiz kimi mərhum İkram Hacıyevin qardaşı Fuad Hacıyevdir.
“Qardaşımı qətlə yetirən məşhur iş adamı Əvəz Şükürovun İmişlidəki təmsilçisidir” - İDDİA
Lakin redaksiya olaraq onu da xatırladaq ki, iş adamı Əvəz Şükürovun özünün və övladlarının adı dəfələrlə müxtəlif məsələlərdə mətbuatın gündəm mövzularından olub. Cari ilin aprelində Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçan şəxsində məhz Əvəz Şükürovun oğlu, Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi Rəmzi Şükürov olduğu bildirildi. Sabiq Səhiyyə naziri Əli insanovun cinayət işində də adı keçdiyi iddia edilən Əvəz Şükürovla bağlı digər məlumatlarda müxtəlif zamanlarda, ayrı – ayrı mətbuat orqanlarında dərc edilib. Ölkə Prezidentinin müvafiq Fərmanı ilə ləğv edilən "MTN işi”ndə də iş adamının adı hallandı. Belə ki, Əvəz Şükürovun MTN-nin sabiq idarə rəisi, general Mövlan Şıxəliyevlə ölkədə və xaricdə çoxsaylı ortaq bizneslərinin olduğu bildirilirdi. O da iddia eilirdi ki, Əvəz Şükürovun oğlu Bayram Şükürov MTN-nin tabeliyindəki hərbi hissələrdən birində xidmət etsə də, general Mövlan Şixəliyev onu özünün köməkçisi statusunda yanına gətiribmiş. Bundan başqa Əvəz Şükürovün digər oğlu Rəmzi Şükürov isə MTN-nin Baş İdarə rəisi Akif Covdarovun Milli Məclisdə işləyən oğlu ilə dost olublar. Əvəz Şükürovun qardaşı Məcnun Şükürovda zaman – zaman müxtəlif məsələlərlə bağlı mətbuatın gündəminə gələnlərdəndir.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Conflict.az