Sizin reklam burada
Sizin reklam burada

"Netanyahunun çıxışı hər hansı xarici liderin ən pis çıxışı idi"

"Netanyahunun çıxışı hər hansı xarici liderin ən pis çıxışı idi"
Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışını kəskin tənqid edərək, bunu Nümayəndələr Palatasının tarixində “ən pis” adlandırıb.
O, xüsusilə, HƏMAS girovlarının azad edilməsi məsələsində irəliləyişin olmamasını pisləyib. "Binyamin Netanyahunun Nümayəndələr Palatasının zalındakı çıxışı, şübhəsiz ki, ABŞ Konqresində çıxış etmək şərəfinə nail olmuş hər hansı xarici liderin ən pis çıxışı idi", - deyə Pelosi “X” səhifəsində yazıb.
Sabiq spiker HƏMAS-ın saxladığı israilli girovların ailələri, eləcə də döyüşlərdə həlak olan israillilərin ailələri ilə görüşdə iştirak etmək üçün tədbiri boykot edib.
"Bizim İsraili sevən bir çoxumuz bu gün 7 oktyabrda HƏMAS-ın hücumu nəticəsində ailələri zərər görən İsrail vətəndaşlarını dinləmişik. Bu ailələr girovları evlərinə qaytaracaq atəşkəs razılaşmasını tələb edir və ümid edirik ki, baş nazir bu məqsədə çatmaq üçün vaxt ayıracaq.”, - deyə siyasətçi yekunlaşdırıb.
“The Hill” qeyd edib ki, ABŞ Demokrat Partiyasının aparıcı nümayəndəsinin bəyanatı Netanyahu ilə partiya arasında artan uçurumu vurğulayır. İsrailə geniş dəstək verilməsinə baxmayaraq, demokratlar Netanyahunu prezident Baydenin girov müqaviləsini dəstəkləmək istəmədiyinə görə getdikcə daha çox tənqid edirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş