Sizin reklam burada
Sizin reklam burada

Parisdə miqrantların məskunlaşdığı düşərgələr sökülür

Parisdə miqrantların məskunlaşdığı düşərgələr sökülür
“Paris-2024” Olimpiya Oyunlarının rəsmi açılışına saatlar qalmış 80 təşkilat Olimpiya Oyunlarına etiraz etmək məqsədilə Respublika meydanına toplaşıblar.
300-dən çox nümayişçi əllərində “Olimpiya Oyunları sosial təmizləmə: 12 500 insan qovulub” şüarı yazılmış plakatlarla Respublika meydanındakı heykəlin qarşısına toplaşıb. Nümayişçilər Olimpiya Oyunlarının sakinlər, işçilər üçün olmadığını bəyan ediblər. Bildiriblər ki, ölkənin düşdüyü sosial və ekoloji böhranı görməzdən gəlib, beynəlxalq idman tədbirləri təşkil etmək olmaz.
“Solidaires” həmkarlar ittifaqı mətbuata açıqlamasında işçilərin həddindən artıq istismarını, tətil etmək hüququna təhdidləri, ətraf mühitin məhv edilməsini, mənzil itkisini və evsizlərin məcburi köçürülməsini - sosial təmizləməni pisləyiblər.
Assosiasiyalar Olimpiya Oyunları yaxınlaşdıqca Paris ətrafında əsasən miqrantların məskunlaşdığı qeyri-qanuni düşərgələrin sökülməsinin sürətləndirildiyini bildiriblər.
“Watizat” assosiasiyasının koordinatoru küçələrdə yaşayan evsiz insanların qeyri-insani şəkildə təxliyə edilmələrinin onların psixi durumuna ciddi təsir etdiyini bildirib.
“Utopia 56” assosiasiyası ilə birlikdə bir neçə yüz insan təcili yerləşdirmə tələbi ilə 3 gündür Parisin 18-ci rayonunun meriyası qarşısında etiraz nümayişi keçirir. Assosiaisyalar qeyd edirlər ki, Sena çayının təmizlənməsinə (1,4 milyard avro) xərclənən vəsait ən həssas təbəqə üçün Parisdə 7000, Fransada isə 20 min yaşayış yerinin tikintisinə istifadə edilə bilərdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş