Sizin reklam burada
Sizin reklam burada

"O, onun bacarıqsız olduğunu bilir”

 "O, onun bacarıqsız olduğunu bilir”
ABŞ-nin keçmiş Prezidenti Barak Obama vitse-prezident Kamala Harrisin seçkilərdə ölkənin sabiq lideri Donald Trampa qalib gələ bilməyəcəyini düşünür.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “The New York Post” qəzeti yayıb.
“Obama çox məyusdur, çünki bilir ki, Harris qalib gələ bilməyəcək. O, onun sadəcə bacarıqsız olduğunu bilir”, - deyə mənbə qeyd edib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Respublikaçılar partiyası Donald Trampın namizədliyini rəsmi olaraq təsdiq edib. Demokratlar partiyasının namizədi isə avqustda keçiriləcək qurultayda elan ediləcək. “Associated Press” agentliyinin məlumatına görə, Kamala Harris rəsmi olaraq namizəd olmaq üçün Demokratlar partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş