ABŞ-ın vitse-prezidenti Kamala Harris builki seçkilərdə dövlət başçısı seçilərsə, bir ildən sonra ölkəni məhv edəcək.
Bunu Amerikanın keçmiş lideri Donald Tramp bildirib.
Bu barədə “ABC News” məlumat yayıb.
“Korrupsioner Co Bayden kimi, Kamala Harris də lider olmağa yaraşmır. O, lider olmağa yaraşmır, bir ildən sonra ölkəmizi məhv edəcək, bu ölkə məhv olacaq”, - prezidentliyə namizəd bildirib.
Kanalın qeyd etdiyi kimi, saat yarımlıq nitq zamanı Tramp Harrisin adını onlarla dəfə xatırlayaraq onun haqqında mənfi fikirlər səsləndirib.
Daha əvvəl hazırkı dövlət başçısı Co Baydenin xalqa xüsusi müraciətini şərh edən Tramp bildirib ki, Amerika liderinin çıxışı çətin başa düşülən və çox pis idi.
Conflict.az