Sizin reklam burada
Sizin reklam burada

İranda Nizami Gəncəvi Fondu yaradıldı

İranda Nizami Gəncəvi Fondu yaradıldı
Fars dili və ədəbiyyatının qorunub inkişaf etdirilməsi, yayılması və İranın qədim mədəniyyəti, şəxsiyyətlərinin dünya səviyyəsində tanıtdırılması istiqamətindəki fəaliyyətlərin təkmilləşdirilməsi üçün fars dili və İran ədəbiyyatında müstəsna yeri olan Nizami Gəncəvi Fondunun yaradılması qərara alınıb.
Bu barədə Prezident səlahiyyətlərini yerinə yetirən Məhəmməd Müxbirin imzası ilə yayılan bəyanatda bildirilib.
Ali Mədəni İnqilab Şurasının təsdiq etdiyi qərarı İran Mədəniyyət və İrşad Nazirliyi də qəbul edib və onun icrası, bu istiqamətdə işlərin aparılması üçün bütün dövlət qurumlarına göndərilib.
Qeyd edək ki, xüsusilə son illər İran Mədəniyyət və İrşad Nazirliyi, Fars Dili Akademiyası, Ali Mədəni İnqilab Şurası və başqa dövlət qurumları Nizaminin fars və İran şairi olduğu barədə təbliğatlarını artırıblar. Bunun üçün xüsusi büdcə və imtiyazlar ayrılıb, bir çox şəhərlərin məktəblərində “Nizmi həftəsi” keçirilir.
2022-2023-cü illərdə bu qəbildən olan tədbirlərin Şərqi və Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində keçirilməsi milli və mədəni fəalların etirazları ilə qarşılaşsa da, tədbirlər müxtəlif səviyyələrdə davam etdirilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş