ABŞ vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd Donald Trampla debata hazır olduğunu açıqlayıb.
Bu barədə Ağ Evin məlumatında deyilir.
“Debat barədə məndən soruşurlar. Donald Trampla debata hazıram. 10 sentyabrda debatın keçirilməsinə razılaşdım. O da razılıq verdi”, - deyə Harris bildirib.
Qeyd edək ki, bundan öncə də ABŞ mediası debatın sentyabrın 10-da baş tutacağı barədə məlumat yaymışdı.
Conflict.az