Rusiya BMT Təhlükəsizlik Şurasının üzvlərindən Ukrayna hakimiyyətinin münaqişənin həll edilməsi məqsədi ilə danışıqlara başlamaq üçün gözlənilməz istəyinin səbəbini öyrənməyi xahiş edib.
Bu sözləri Rusiyanın beynəlxalq təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.
"Həmkarlar, sizdən təcili olaraq bu istəyin təfərrüatını öyrənməyinizi xahiş edirəm", - o bildirib.
Nebenzya qeyd edib ki, dialoqa hazır olmaq əvvəllər Ukrayna münaqişəsinin həlli üçün diplomatik yolu daha məqsədəuyğun adlandıran Rusiyanın mövqeyinə uyğundur.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi vurğulayıb ki, Rusiya hakimiyyəti heç vaxt sülh danışıqlarından imtina etməyib, lakin Ukrayna Qərb müttəfiqlərinin göstərişi ilə onları rədd edib.
Conflict.az