“ABŞ və Londonda heç nə əldə olunmadı. İndi növbəti mərhələdə ruslar təşkil etdikləri proseslə sülhə nail olmağa çalışacaqlar. Nəticədə Cənubi Qafqazda öz təsirlərini saxlayacaqlar”.
Bunu Ermənistan Milli Konqres Partiyasının sədr müavini Aram Manukyan deyib.
“Bu gün fövqəldövlətlər, Şərqlə-Qərb arasında şiddətli mübarizə gedir. Ukraynadakı müharibə bunun ən bariz nümunəsidir. Bu fenomen 4-5 il ərzində təkrarlanır. Söhbət təşəbbüslərdən gedir. Belə ki, hansısa ölkə danışıqlar prosesinə başlamaq istəyir, digəri isə bundan yararlanmağa çalışır. Məsələn, 44 günlük savaş zamanı Qərb sülh prosesinin təşəbbüskarı oldu, amma nəticədə Rusiyanın vasitəçiliyi ilə müharibə başa çatdı. Bu, Cənubi Qafqazı kimin idarə edəcəyi ilə bağlı başladılan böyük oyunun tərkib hissəsidir. Biz döyüş meydanı olmaqdan çəkinməliyik. Xüsusilə Rusiya-Ukrayna münaqişəsi zamanı mümkün qədər tərəf tutmamalıyıq. Kiçik xalqlar üçün itkiləri minimuma endirməyin yolu qaçmaqdan, mümkün qədər neytral mövqe tutmaqdan keçir”.
Manukyan bildirib ki, Ermənistan heç bir tərəfə qarşı çıxmamalı, hər birinin imkanlarından istifadə etməlidir.
“Supergüclərdən birindən imtina etmək bizim üçün daha ağrılı ola bilər. Belə olan halda Rusiya pis münasibətlərin, hətta düşmənçiliyin səbəbi ikitərəflidir. Əsas səbəb Ermənistan hökumətinin atdığı addımlardır. Hökumət Rusiya ilə münasibətləri pisləşdirmək üçün çox şey edib. Üstəlik, izah edirlər ki, ABŞ bizim təhlükəsizliyimizi təmin edə bilməz”.
Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri niyə gərginləşdirməyə davam etməsi haqda suala Manukyan belə cavab verib.
“Onlar daim öz təşəbbüsləri ilə problemə düşürlər və varlığımızı təhlükəyə atırlar. Bu gün Ermənistanın varlığı təhlükə altındadır. Kiçik xalqların belə mövqe tutmağa haqqı yoxdur”, – deyə Manukyan vurğulayıb.
Conflict.az