Sizin reklam burada
Sizin reklam burada

Rusiya hakimiyyətinin demokratiya və insan haqlarına qarşı cinayət əməli kəskin qınanıb

Rusiya hakimiyyətinin demokratiya və insan haqlarına qarşı cinayət əməli kəskin qınanıb
Ukrayna Xarici İşlər Nazirliyi bloger Aleksey Navalnı ilə bağlı yaranmış situasiyaya görə Rusiyaya adekvat reaksiya verilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edib.

"Qazeta.ru" xəbər verir ki, Ukrayna XİN Rusiya hakimiyyətinin ölkə daxilində və xaricində demokratiya və insan haqlarına qarşı növbəti cinayət əməlini törətdiyini bildirib və bunu kəskin qınayıb.

Qeyd edək ki, Almaniya hökuməti Navalnıda “Noviçok” qrupundan olan maddə aşkarlandığını bildirmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş